Fransanın yeni XİN rəhbəri Türkiyə əleyhidarıdır

Fransanın yeni XİN rəhbəri Türkiyə əleyhidarıdır

Fransanın yeni xarici işlər naziri ölkənin eks-hökumət rəhbəri Loran Fabiusdur. Ölkə prezidenti Fransua Olland Nazirlər Kabinetinin tərkibini təsdiqləyərkən məhz onun namizədliyi üzərində dayanıb.


Dünya mediası verir ki, L.Fabius Türkiyə əleyhinə baxışları ilə yaddan qalan siyasətçilərdəndir. O, hətta Ankaranın Avropa Birliyinə qoşulmasına kəskin reaksiya bildirməsi ilə yadda qalıb.


Qeyd edək ki, son günlər Avropa Birliyi ilə Ankara arasında Türkiyənin quruma daxil olması ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilir. Bu məqsədlə AB-nin genişlənmə üzrə komissarı Ştefan Fyule artıq Türkiyədə səfərdədir.


Onu da deyək ki, rəsmi Ankaranın AB-yə qoşulması məsələsi bir neçə ildir, dondurulub. Əsas səbəb kimi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Kipr Respublikasının varlığını qəbul etməməsi bildirilsə də, mövcud prosesdə Türkiyə-Ermənistan sərhədinin açılmaması və Ankaranın qondarma "erməni soyqırımı"nı tanımaq istəməməsi məsələsi də az rol oynamır. Təsadüfi deyil ki, müxtəlif Avropa ölkələrindən, o cümlədən Fransadan bununla əlaqədar mesajlar indinin özündə də səslənməkdədir. Fyule isə bir müddət öncə jurnalistlərə açıqlamasında Türkiyə-Avropa Birliyi əlaqələrində müvəffəqiyyətlərin əldə olunması üçün geniş miqyaslı səylər göstərəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə