Kanadada səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı 2012-ci ilin 14-16 may tarixlərində bu ölkənin paytaxtı Ottavada bir sıra görüşlər keçiriblər. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.
Azərbaycanlı millət vəkilləri xarici işlər nazirinin parlament katibi, Mühafizəkarlar Partiyasından olan millət vəkili Dipak Obray, Kanada parlamentinin üzvü, Kanadanın Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi Con Makey və millət vəkili Dəril Krəmp ilə görüşüblər.
Azərbaycanlı millət vəkilləri, həmçinin, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin və Dostluq Qrupunun digər üzvlərinin iştirakı ilə işçi nahar keçiriblər.
Görüş və nahar zamanı Azərbaycan-Kanada parlamentlərarası münasibətlər və inkişaf perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB