Gəncə şəhər prokurorunun sabiq köməkçisi ilə bağlı cinayət işi başlanıb
Gəncə şəhər prokurorunun sabiq köməkçisi ilə bağlı cinayət işi başlanıb. Binəqədi rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Gəncə şəhər prokurorunun sabiq köməkçisi Bayramov Coşqun Şahin oğlu Bakıda yerləşən "Oazis" restoranında baş verən davada iştirak edib. Belə ki, bu il fevralın 7-də Bakının Binəqədi rayonu ərazisində yerləşən "Oazis" restoranında təşkil olunmuş məclisdə iştirak edən C. Bayramov içkili vəziyyətdə nalayiq hərəkətlərə yol verib. Bunun nəticəsində onunla restoranın mühafizəçiləri arasında dava düşüb. Dava zamanı C. Bayramov da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.
Hadisə ilə bağlı ilki olaraq Binəqədi polisi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar Bakı şəhər Prokurorluğuna göndərilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhər Prokurorluğu tərəfindən fakta görə, cinayət məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Baş prokuror Zakir Qaralovun aprel ayında imzaladığı müvafiq əmrlə C. Bayramov peşə fəaliyyətinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün prokurorluq orqanlarından xaric edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB