Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edib. Bayram şənliyi bu gün saat 11.00-dan 19.00-dək Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək.

Saat 21.00-da Milli Parkın ərazisində saat qülləsi yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq olacaq. Bakı Şəhər İcra Hakimiyyəti bakılıları, eləcə də qonaqları bu təravətli və füsunkar bayram şənliyinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə