Bakıda və Abşeron yarımadasında mayın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, mayın 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Mayın 3-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB