Qənirə Paşayeva Strasburqda Bosniya və Hersoqovinanın xarici işlər nazir ilə görüşüb

Qənirə Paşayeva Strasburqda Bosniya və Hersoqovinanın xarici işlər nazir ilə görüşüb

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Strasburqda AŞPA-nın yaz sessiyası çərçıvəsində Bosniya və Hersoqovinanın xarici işlər naziri Ziatko Lagumdzija ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Bosniya və Hersoqovinanın xarici işlər naziri Ziatko Lagumdzijanın Parlament Assambleyasındakı çıxışının millət vəkilləri tərəfindən yüksək səviyyədə qarşılandığını vurğulayaraq Bosniya və Hersoqovinanın uğurlarına dost Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib. Millət vəkili həmçinin Azərbaycanın Bosniya və Hersoqovina ilə dövlətlər, hökumətlər, parlamentlər bir sözlə bütün istiqamətlər və səviyyələrdə əməkdağlığın genişlənməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Bosniya və Hersoqovina arasında parlamentlərarası münasibətlərin daha da inkişafının vacibliyinə toxunaraq Azərbaycan Parlamentinin Bosniya və Hersoqovina ilə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyi deyib.

Bosniya və Hersoqovinanın xarici işlər naziri Ziatko Lagumdzija Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsində o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə