Paytaxtda güclü yağış yağır
Bakıda və Abşeron yarımadasında aprelin 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə