Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gedib. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir.Sonra dövlətimizin başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB