Baş Prokurorluq Xətai rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq Xətai rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb
Baş Prokurorluq Bakının Xətai rayonunda 26 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 8-də Elmir Soltanovun kirayədə yaşadığı mənzildə boyun və sifət nahiyələrində qançır və sıyrıq xəsarətləri olan meyit aşkar edilib.

Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən məhkəmə-tibb ekspertizası təyin olunub. Espertizanın ilkin arayışına görə, Soltanovun ölümünə səbəb ağız və burun dəliklərinin qapanması və boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olub.

Məhkəmə-tibb ekspertizasının rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə qanuna müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə