Türkiyənin Zonquldak vilayətinin Çaycuma rayonunda körpü uçub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində xeyli sayda avtomobil çaya düşüb. Uçqun güclü olduğundan 15 sərnişin hələ də itkin sayılır. 1951-ci ildə tikilmiş körpünün uçması ilə bağlı istintaq başladılıb. Hadisəyə qışda qarın çox yağması nəticəsində çayda suyun səviyyəsinin çoxalması göstərilir. İtkin düşənlərin axtarışları isə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB