TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Avronest Parlament Assambleyasının II Növbəti Sessiyasında iştirak etmək üçün Azərbaycana səfər etmiş Avropa Parlamenti Parlament Demokratiyasının İnkişafı Ofisinin direktoru (OPPD) cənab Dik Toornstranı qəbul edib.
TÜRKPA-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan Baş Katib beynəlxalq əməkdaşlıq sahəsində TÜRKPA-nın fəaliyyəti haqqında geniş məlumat verib və təşkilatın bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edib. Bu baxımdan, TÜRKPA-nın Avropa Parlamenti ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.
TÜRKPA üzv ölkələrində demokratiyanın inkişafının parlament diplomatiyası əlaqələrinin də inkişafına zəmin yaratdığı, parlament və ənənəvi diplomatiyanın birgə fəaliyyətinin regional və qlobal təhlükəsizliyin təmin edilməsinə əlverişli şərait yaratdığı qeyd olunub.
Görüşdə həmçinin TÜRKPA ilə Avropa Parlamenti arasındakı münasibətlərdən hər iki tərəfin məmnun olduğu ifadə edilib. Təşkilatlar arasında imzalanmış qarşılıqlı təcrübə mübadilə proqramına dair sazişin TÜRKPA ilə OPPD arasındakı əməkdaşlıqda yeni mərhələyə yol açdığı vurğulanıb.
Qeyd edək ki, görüşün sonunda cənab Dik Toornstraya TÜRKPA Katibliyi adından xüsusi hədiyyə verilib və xatirə şəkili çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB