Sahil bağında \"Flash mob\" keçirilib

Sahil bağında \"Flash mob\" keçirilib

Bu gün bir qrup gənc 31 Mart 1918-ci il soyqırımı günü ilə əlaqədar "Flashmob" aksiyası keçirib. SİA-nın xəbərinə görə, aksiya Sahil bağında 25-30 nəfərdən ibarət gəncin iştirakı ilə reallaşdırılıb. Əsas məqsəd isə həm şəhər gənclərinin, həm şəhər əhalisinin, həm də paytaxtda olan xarici tursitlərin diqqətini 31 Mart soyqırımına cəlb etmək və Azərbaycan xalqının başına gətirilən bu faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət idi.

Qeyd edək ki, bu kimi aksiyaların keçirilməsi mütəmadi təşkil olunacaq.

Aksiya icazəsiz olduğundan dağıdılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə