Balakən Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb

Balakən Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə