AŞPA-nın yaz sessiyasında Cənubi Qafqazla bağlı məsələ müzakirə olunmayacaq

AŞPA-nın yaz sessiyasında Cənubi Qafqazla bağlı məsələ müzakirə olunmayacaq

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycan, Ermənistan və Gürcüstana dair müzakirələr aparılmayacaq. SİA AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun gündəliyinə Assambleyanın vitse-spikerinin seçilməsi, internetdə söz və informasiya azadlığının təminatı, Şimali Qafqazda məcburi köçkünlərin yerləşdirilməsi, idmanda "danışılmış oyunlar"a qarşı mübarizənin gücləndirilməsi, iqtisadi və maliyyə böhranıyla bağlı pensiyaların aşağı düşməsi, qadınların gender bərabərliyilə əlaqədar məsələlər daxil edilib.


AŞPA-nın aprelin 23-dən 27-dək Stasburqda keçiriləcək toplantısında həmçinin Rusiyada keçirilən son prezident seçkiləriylə bağlı müzakirələr aparılacaq.


Qeyd edək ki, müəyyən məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsiylə bağlı Avropa Şurası Parlament Assambleyasının il ərzində 4 sessiysı keçirilir. Bu toplantıların yanvar, aprel, iyun və sentyabr aylarının sonuncu həftəsində baş tutması artıq ənənə halına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə