“Amnesty İnternational”-ın “Eurovision-2012”-ni boykot çağırışı yalan çıxdı

“Amnesty İnternational”-ın “Eurovision-2012”-ni boykot çağırışı yalan çıxdı

\"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatının Avropa ölkələrini mayda ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsini boykot etməyə çağırması xəbəri təkzib olunub.

SİA-nın məlumatına görə, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhuysen "Yeni Müsavat"a təkzib məktubunda bildirib ki, "Amnesty İnternaitonal" Azərbaycanda keçiriləsi "Eurovision" mahnı müsabiqəsini boykota çağırmayıb. Con Dalhuysenin sözlərinə görə, təşkilat "Amnesty İnternational" inanır ki, Eurovision müsabiqəsi xaricdən gələn qonaqlara Azərbaycanı tanımağa imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə