Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun növbəti iclası keçirilib
Bu gün Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun növbəti iclası keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, iclasda kanadalı millət vəkilləri, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev və Ottava, Monreal, Toronto və London (Ontario) şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları da iştirak ediblər.
Görüş zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlıq, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB