İqor Popov: \"Biz çox şey etdik ki, sülh müqaviləsi imzalansın\" - MÜNASİBƏT
ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov Azərbaycan tərəfindən qrupun fəaliyyət göstərdiyi 20 ildə münaqişənin həllində heç bir irəliləyişə nail olunmaması barəsində səsləndirilən fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, rusiyalı diplomat bildirib ki, ATƏT-in Minsk qrupu bu illər ərzində aktiv şəkildə münaqişə tərəfləri problemin həllinə yaxınlaşmasına kömək edib.
"Deyilənlərlə razı deyiləm. Biz çox şey etdik ki, sülh müqaviləsi imzalansın. İndi də münaqişənin həllinin əsas prinsipləri üzərində iş aparılır", - deyə diplomat bildirib.
İ.Popov həmçinin sonuncu dəfə prezidentlərin Soçi görüşündə də bu məsələlərin müzakirə olunduğunu söyləyib: "Orda Azərbaycan və Ermənistan prezidentləri təsdiq etdilər ki, bu sənədin hazırlanmasının tezləşdirilməsinə hazırdırlar. Başqa bir vacib məqam isə odur ki, biz 20 il ərzində qoymadıq ki, bu münaqişə daha da qaynar fazaya keçsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB