Azərbaycan həmsədrləri aktiv olmağa çağırır. SİA-nın xəbərinə görə, Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı danışıqlar masasında konstruktiv mövqeyə gətirmək üçün əllərindən gələni etməlidirlər: "Vasitəçilər Kazan görüşündən sonra yaranmış situasiyadan çıxış yolu tapmalıdırlar".
Minsk
qrupunun vasitəçiliyindən imtina ilə bağlı təkliflə razı olmadığını deyən PA rəsmisi: "Düzdür, həmsədrlərin münaqişənin nizama
salınmasında konkret nəticələr əldə edə bilməməsi Azərbaycanı da çox narahat
edir. Biz bununla bağlı həmişə mövqeyimizi bildiririk. Azərbaycanda, eləcə də
digər ölkələrdə həmsədrlərin dəyişdirilməsi ilə bağlı formalaşdırılan fikirlər
isə yalnız mülahizədir", - deyə əlavə edib.
Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına
görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul olunduğunu, lakin Fransa
Konstitusiya Şurasının bunu ləğv etdiyini xatırladan şöbə müdiri bunları deyib:
"Biz hər hansı hadisə baş verən kimi tələsik addım atmamalıyıq. Beynəlxalq
münasibətlərdə müxtəlif vəziyyətlər yaranır, Azərbaycanın nümayiş etdirdiyi
mövqeyi göstərdi ki, biz düz yoldayıq".
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə
münasibət bildirən N.Məmmədovun fikrincə, vasitəçilər Ermənistanı konstruktiv
mövqe tutmağa vadar etmək üçün digər yollar axtarmalıdırlar: "Məsələ ondadır
ki, Ermənistan Kazan görüşündə münaqişənin davamlı həllində maraqlı olmadığını
bir daha nümayiş etdirdi. Ermənistan bu prosesi uzatmaq istəyir, buna görə də
ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təkliflər özünü doğrultmur.
Düşünürəm ki, həmsədrlər regiona səfərləri zamanı Azərbaycan prezidenti ilə
görüşdə bu məsələ ilə bağlı mövqelərini bildirdikdən sonra proseslərin hansı
istiqamətdə getdiyini öyrənə biləcəyik".
Novruz Məmmədov həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Avropa Birliyinin də səyləri öz nəticəsini verə bilər. Onun sözlərinə görə, Azərbaycan istəyir ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində fəal iştirak etsin. Çünki, Münaqişənin həllində beynəlxalq birliyin fəal iştirakı lazımdır. Qeyd edək ki, bu həftə Avropa Birliyinin Şurası Cənubi Qafqazla bağlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Avropa Birliyi Minsk Qrupunun fəaliyyətinə, eləcə də münaqişənin post-konflikt fazasında dəstək verməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB