BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən SİA-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 7 \"Qızıl Xaç\" məktubu çatdırılıb, ailədən isə 3 \"Qızıl Xaç\" məktubu alınıb.
Qeyd edək ki, Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB