YAP-ın sədr müavini Çinin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuini partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələr, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.
YAP Sədrinin müavini Əli Əhmədov səfirə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib və münaqişənin başlanğıcından Çin Xalq Respublikasının Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini bir daha vurğulayıb. Səfir Xun Tsyuin də öz növbəsində Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib. Bundan əlavə, o, son illər ölkədə aparılan quruculuq abadlıq işlərinin ürəkaçan olduğunu qeyd edib, Azərbaycanın beynəlxalq arenada rolunun və gücünün artığını vurğulayıb.
Görüşdə YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB