Qəbələ RLS-in statusu ilə bağlı Azərbaycanla Rusiya arasında növbəti görüş baş tutub

Qəbələ RLS-in statusu ilə bağlı Azərbaycanla Rusiya arasında növbəti görüş baş tutub

Rusiyada səfərdə olan Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşüb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Görüş zamanı aparılan danışıqlarda Qəbələ RLS-in statusu, istifadə şərtləri və prinsiplərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparılıb. Tərəflər sənədin tezliklə imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə