Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri ilə görüşüb

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb.

SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Ölkələrimizin müxtəlif sahələrdə bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb. Serbiyada yol tikintisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı bu yaxınlarda Bakıda imzalanan müqavilənin əhəmiyyəti qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə