Egemen Bağış: \"Ermənistan hökuməti cəsur deyil\"

Egemen Bağış: \"Ermənistan hökuməti cəsur deyil\"

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində Fransada qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı danışıb.

SİA-nın xəbərinə görə, E.Bağış Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən Ermənistan hökumətinə yazılan məktubu xatırlatdıb: \"Baş nazirimiz, erməni hökumətinə məktub yazaraq \"Əgər siz öz tarixinizlə üzləşməyə hazırsanızsa, mən də hazıram. Gəlin, bütün arxivlərimizi açaq, iki ölkənin və üçüncü ölkələrin tarixçilərindən ibarət olan komissiya yaradaq, bu mövzunu elmi, tarixi, siyasi və antropolojik istiqamətləri ilə araşdıraq. Bu elm adamları hesabat hazırlasınlar. Bu hesabata baxaq və qərarımızı verək\", deyən ilk Türk siyasətçidir. Amma təəssüf ki, Ermənistan hökuməti bu təklifi qəbul edəcək qədər cəsur ola bilmədi\".

Bütün xəbərlər Facebook səhifəmizdə