Fövqəladə Hallar Nazirliyi qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar həyata keçirdiyi xilasetmə işləri barədə məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhərinin Binə, Hövsan, Zirə, Zığ, Müşfiq, Dübəndi, Pirallahı və Abşeron rayonunun Qobu qəsəbələri istiqamətində, habelə Zığ-Hava limanı, Koroğlu metro stansiyası-hava limanı, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücü və piyadalara lazımi köməklik göstərib, yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB