Heydər Əliyev Beynəlxalq Aeroportu tədricən fəaliyyətini bərpa edir. SİA-nın "AzAL"-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır. Hava limanı gücləndirilmiş iş rejimində keçib. Hava limanının ərazisi qardan və buzdan təmizlənib.
Qeyd edək ki, ötən günün ikinci yarısından etibarən bir sıra aviareyslər hava şəraitinin əlverişsiz olması səbəbindən təxirə salınıb. Lakin bu gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB