Bu gün Milli Məclisin yaz sessiyası başlayır

Bu gün Milli Məclisin yaz sessiyası başlayır

Bu gün Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclası keçiriləcək. İlk iclasda Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil ediləcək.


Sonra Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.


İclasda həmçinin "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə