Kamandar Eyvazlı: \"Magistral qaz kəmərində qaz sızması Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir\"
Qazıməmməd-Qazax magistral qaz kəmərində qaz sızması Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir. Bunu SİA-ya açıqlamasında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) \"Azəriqaz\" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib. \"Baş verən sızma ölkə daxilində əhalinin qazla təchizatı üçün nəzərdə tutulan kəmərdə baş verib və müvafiq olaraq onun Gürcüstana qaz ixracına heç bir təsiri yoxdur. Gürcüstana qaz tədarükünün həyata keçirildiyi qaz kəməri hazırda normal rejimdə çalışır\". Qeyd edək ki, Qazıməmməd-Qazax Milli Kəmərinin 118-ci kilometrliyində 1 nömrəli magistral xəttində baş verən qaz sızması güclü partlayışla nəticələnib. Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Qəzanın nəticələri aradan qaldırılarsa, axşam saatlarında mavi yanacağın verilişinin bərpa ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB