Məlahət İbrahimqızı: “Senatın bu qərarı Türkiyə-Fransa, eləcə də Fransa-Azərbaycan münasibətlərində çat əmələ gətirdi” - AÇIQLAMA

Məlahət İbrahimqızı: “Senatın bu qərarı Türkiyə-Fransa, eləcə də Fransa-Azərbaycan münasibətlərində çat əmələ gətirdi” - AÇIQLAMA

Artıq bir sıra beynəlxalq təşkilatlar, Sərhədsiz Jurnalistlər birliyi Fransa Senatında qəbul olunmuş bu qərarı pisləyiblər. Hesab edirəm ki, bu işin üzərində israrlı, prinsipial dayanılarsa bu qanun ifşa olunacaq. Bunu Səs TV-yə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

"Hazırda Azərbaycan və Türkiyə tərəfindən hər hansı qərarların qəbul olunması ümumi işimizə xələl gətirə bilər. Bu qanunun qəbul olunması ilə Fransa özünün ermənipərəst tutduğunu mövqeyini açıq-aşkar ortaya qoydu. Bu tək Fransanın öz qanunvericiliyinə, hüququna deyil, beynəlxalq hüquq və münasibətlərə, dünyəvi dəyərlərə, demokratik prinsiplərə bir təhqir idi. Türkiyə günü-gündən söz sahibi olan, regionda lider olan dövlətlərdən biridir. Belə olan təqdirdə Avropanın Türkiyədən kənarda əlaqə qurması qeyri-mümkündür. Avropada 4 milyondan artıq türk vətəndaşı var. Türkiyənin təsir göstərmək mexanizmləri daha yüksəkdir. Bu Fransanın öz tarixində tarixinə yazılmış bir qara ləkə olacaq. Bu Türkiyə-Fransa, eləcə də Fransa-Azərbaycan arasında olan münasibətlərində bir çat əmələ gətirdi.


Bütün xəbərlər Facebook səhifəmizdə