Hülusi Kılıç: “Türkiyəni itirən Azərbaycanı, Azərbaycanı itirən isə Türkiyəni itirər”
"20 il öncə baş vermiş Xocalı qətliamını görməyərək 100 il əvvəl baş verdiyi iddia olunan və sübuta yetirilməmiş bir məsələ haqqında qərar çıxarmaq Fransanın ədalətsizliyini ortaya qoydu\". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç bildirib. Səfirin sözlərinə görə, Qarabağ problemi Türkiyənin də problemidir və onlar bunun tezliklə həllinin tərəfdarıdırlar: \"Ermənistanla sərhədlərimizin bağlanması bizim qardışlığımızın nümunəsidir. Problem həll olunmayınca sərhədlərimiz açılmayacaq. Türkiyəyə bununla bağlı çoxsaylı təzyiqlər olur. Amma Türkiyə buna sinə gərəcək".
H.Kılıç qeyd edib ki, Azərbaycan və Türkiyə eyni zamanda beynəlxalq platformalarda birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Onun sözlərinə görə, ölkələrin xarici siyasətlərində kiçik fərqliliklər olmasına baxmayaraq demək olar, eynidir. Ölkələr arasında həyata keçirilən iqtisadi layihələrdən danışan diplomat, Van zəlzələsində Azərbaycanın ilk yardıma gəldiyini və qardaşlıq əlini uzatdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB