Sarkozi yenidən prezident seçilərsə, Davudoğlu Fransaya getməyəcək

Sarkozi yenidən prezident seçilərsə, Davudoğlu Fransaya getməyəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunması ilə əlaqədar AK Partiya rəhbərliyini zəng edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, 5 saat davam edən danışıqda Davudoğlu partiya rəhbərliyi ilə hazırkı və bundan sonrakı inkişafın hansı məcrada davam etməsi ilə bağlı məsələləri müzakirə edib. Onun sözlərinə görə, Fransa parlamentində bu qanun layihəsinin qəbulu yalnız qanuna dəstək verənlərin istəyi ilə baş tutub: "Fransa bundan əvvəlki müddətdə də belə bir addım atmışdı".

Davudoğlu Fransa prezidenti Nikolay Sarkozinin yenidən prezident seçiləcəyi təqdirdə Fransaya bir daha getməyəcəyinə də aydınlıq gətirib: "Əgər Sarkozi bir daha prezident seçilərsə, Fransaya getməyə bilərəm",-deyə nazir sözlərinə əlavə edib.

Fransaya qarşı sanksiyalara gəlincə nazir həmin ölkəyə qarşı sərt reaksiya tətbiq olunacağını və yenidən sanksiyaların tətbiq olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə