Hərbi hissədə ölüm hadisəsi baş verib

Hərbi hissədə ölüm hadisəsi baş verib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yanvarın 18-də baş verib.

Belə ki, əsgər Asiman Niyaz oğlu Hüseynzadənin əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə