Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub ünvanlayıb

Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub ünvanlayıb

Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına (AŞ) məktub göndərib və qurumun rəhbərliyinə bununla bağlı Azərbaycanın mövqeyi çatdırılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O qeyd edib ki, siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzdur.

S.Seyidov bu gün bütün Avropa üçün problem olan insan haqları məsələsini Azərbaycanda axtarmağın qəribə olduğunu bildirib: "Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik. Biz hər zaman insan haqlarını alətə çevirib Azərbaycana təzyiq göstərmək məsələsinin əleyhinə çıxmışıq və bundan sonra da çıxacağıq. Heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə