Azərbaycanlı hakerlərdən İrana cavab

Azərbaycanlı hakerlərdən İrana cavab
Azərbaycanlı hakerlər İranın 20-dən çox saytını dağıdıblar. SİA-nın verdiyi məlumatına görə, "Pirates Crew" adlı haker qrupunun dağıtdığı saytlar arasında dövlət qurumlarının internet saytları da var. Dağıdılan saytlarda Azərbaycanın bayrağı və "20 Yanvar. Unutmadıq" sözləri yerləşdirilib. Hakerlər bəyan ediblər ki, bunlar ilk addımlardır. Onlar İrana məxsus saytlara hücumlar davam edəcək. Xatırladaq ki, ötən gün Azərbaycanın bir sıra dövlət orqanları və nüfuzlu təşkilatların saytlarına haker hücumu olub. Saytlarda Azərbaycan- İsrail münasibətləri ilə bağlı tənqidi fikirlər yerləşdirilib, İsrail bayrağının şəkli qoyulub, hicabın vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə