Gürcüstan Parlamentinın vitse-spikeri Fridon Toduanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 17-də Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, səfər iki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişaf etdirilməsi və əlaqədar mövzular üzərinə məlumat alış-verişi məqsədi ilə baş tutacaq.
Gürcüstan parlament nümayəndələri səfər çərçivəsində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu üzvləri, beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr daimi komissiya üzvləri, Milli Məclisin spikeri Oqtay Əsədov ilə görüşəcək. Qonaqların səfər çərçivəsində Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində də görüşlərin keçirilməsi nəzərdə tutulur.
Gürcü millət vəkilləri Bakı ziyarəti çərçivəsində Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB