Azərbaycan xarici işlər nazirinin müavini Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanervanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, finlandiyalı parlamentar Azərbaycana səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək səfər proqramının zəngin olduğunu deyib. Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyi, böyük iqtisadi imkanlara malik olduğu və beynəlxalq arenada özünəməxsus yer tutduğunu vurğulayan qonaq, Azərbaycanın onun ölkəsi üçün həm ikitərəfli baxımdan, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından maraq kəsb edən ölkə olduğunu bildirib.
X. Xələfov isə Cənubi Qafqaz və Xəzər regionunun bir çox aspektlər baxımından dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu deyib. Qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən nazir müavini ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin lazımi nəticə vermədiyini və Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi ilə yanaşı, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin öz doğma yerlərinə hələ də qayıda bilmədiklərini söyləyib. Münaqişənin həll olunmamış qalmasının bütün regionun stabilliyinə və inkişafına mane olduğunu diqqətə çatdıran X. Xələfov, Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam etdiyini, danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu və ATƏT-in Minsk Qrupunun buna göz yummasının yolverilməz olduğunu bəyan edib. O, müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsinin və dövlətlərin ərazilərinin işğal edilməsinin qəbuledilməz olduğunu bir daha vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB