MSK seçici siyahısının dəqiqləşdirilməsi prosesinə başlayıb

MSK seçici siyahısının dəqiqləşdirilməsi prosesinə başlayıb

Yanvar ayının əvvəlindən etibarən Azərbaycan Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlayıb. MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçki qanunvericiliyinin tələbinə görə, məntəqə seçki komissiyaları məntəqə üzrə dəqiqləşdirilmiş seçici siyahılarını 5 fevral tarixindən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təhvil verməlidirlər. Dairə seçki komissiyaları öz növbəsində, əldə edilən məlumatları 5 aprel tarixinə qədər Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. MSK əldə etdiyi məlumatları may ayının sonuna qədər dəqiqləşdirib rəsmi internet səhifəsində yerləşdirərək ictimailəşdirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə