2012-ci ilin ilk üç günü Respublika yollarında 20 nəfər həlak olub, 56 nəfər yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, 42 yol qəzası nəticəsində baş verən ölüm hadisələrinin hamısı respublikanın rayonlarında və iri magistrallarında qeydə alınıb.
Belə ki, Bayram günü 18 yol qəzası baş verib və bu zaman 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb. İlin ilk günündə isə 9 hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Yanvarın 2-də isə 15 yol qəzası baş verib, nəticədə 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Ümumilikdə isə son 3 gündə Bakıda 9 yol qəzası zamanı ölüm qeydə alınmasa da, 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB