Dekabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev Metyu Brayzanın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB