Hulusi Kılıç Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Gününü təbrik edib
Türkiyәnin Azәrbaycandakı Fövqәladә vә Sәlahiyyәtli sәfiri Hulusi Kılıç 31 dekabr- Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Günü vә Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təbrikdə deyilir: "31 dekabr- Dünya Azәrbaycanlılarının Hәmrәyliyi Günü vә Yeni il bayramı münasibəti ilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən tәbrik edirәm. Yeni ilin Azәrbaycanlı bacı vә qardaşlarıma vә bütün Türk dünyasına cansağlığı, sülh, әminamanlıq, bәrәkәt gәtirmәsini arzu edir, ölkələrimiz arasındakı dostluğun və hərtərəfli əməkdaşlığın daha da genişlənməsini və güclənməsini diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB