\"“Erməni soyqırımı” ilə bağlı məsələ Senatının gündəliyinə daxil edilməyib\"
Fransada "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Senatın gündəliyinə daxil edilməyib. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, bunu hakim partiyanın nümayəndəsi senator Roje Karuçi deyib.
O, qeyd edib ki, senatın fevralın əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur və dekabrda keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib: "Əgər yanvarın sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun layihəsi parlament tərəfindən qəbul edilməyəcək. Çünki fevralın sonu-martın əvvəllərində parlament prezident seçkiləri kampaniyası ilə əlaqədar fəaliyyətini dayandıracaq".
Senator onu da deyib ki, Senatın nümayəndələr konfransı yanvarın 10-da keçirilən toplantıda məsələnin gündəliyə salınması barədə qərar qəbul edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB