Azərbaycan prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, sərəncamda qeyd olunur ki, doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB