\"Ariel\" və \"Calgon\" Göyçayda hazırlanırmış

\"Ariel\" və \"Calgon\" Göyçayda hazırlanırmış

Göyçay şəhəri ərazisindəki sexdən \"Procter&Gamble\" şirkətinə məxsus əmtəə nişanları altında hazırlanan saxta məhsullar götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dekabrın 24-də Göyçay şəhəri ərazisindəki \"Çingizoğlu\" motelinin zirzəmisində şəhər sakini Seymur Ələkbərova məxsus sexdə qanunsuz olaraq \"Procter&Gamble\" şirkətinin \"Ariel\" və \"Calgon\" əmtəə nişanlı yuyucu maddələrin qutularının çap olunaraq hazırlanması müəyyən edilib.

Zirzəmiyə baxış zamanı orada qanunsuz çap olunmuş hazır 7000 ədəd \"Ariel\" və 1000 ədəd \"Calgon\" əmtəə nişanlı qutular, 5000 ədəd kəsilib doğranmış xammal, 4 ədəd çap və qutuların hazırlanması üçün dəzgahlar, çap üçün boyalar, həmçinin 20 ədəd trafaret aşkar edilərək götürülüb. Əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə