Qondarma “erməni soyqırımı” məsələsində də Azərbaycan Türkiyə ilə eyni mövqedədir
\"Fransa parlamentində qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu bu ölkənin beynəlxalq aləmdəki imicinə ciddi zərbə vuracaq\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov "Today Zaman" qəzetinə müsahibəsində deyib: "Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu halda bu cür qərar qəbul etməsi çox qəribə haldır. Qanunun ermənilər tərəfindən ortaya atılan "saxta tarixə" əsaslanır. Digər məsələlərdə olduğu kimi, qondarma "erməni soyqırımı" məsələsində də Azərbaycan Türkiyə ilə eyni mövqedədir".
Araz Əzimov müsahibəsində həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, qeyd edib ki, rəsmi Bakı 20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk Qrupunun vasitəçiliyi çərçivəsində həll etməyə çalışır: "2012-ci il martın 24-də biz təəssüf ki, Minsk Qrupunun yaradılmasının 20 illiyini qeyd edəcəyik. Bu beynəlxalq platforma çərçivəsində nəzərəçarpacaq nəticələr əldə olunmayıb. Münaqişənin həllində və Ermənistan qoşunlarının işğal altında olan ərazilərdən çıxmasında heç bir tərəf Türkiyə və Azərbaycan qədər maraqlı deyil. "Nə sülh, nə müharibə" vəziyyətindən çıxmaq üçün bu münaqişəni həll etmək vacibdir. Ermənistan qoşunlarının işğal altındakı Azərbaycan torpaqlarından çıxması və münaqişənin nizamlanması Ermənistana çox böyük xeyri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB