Uşaqların sevimli bayramı olan Yeni ili daha rəngarəng keçirmək üçün paytaxt ərazisində fəaliyyət göstərən teatrlar müxtəlif şənlik və tamaşalar hazırlayıb.
SİA-nın məlumatına görə, uşaqlar üçün ən böyük şənlik dekabrın 28-30-da Heydər Əliyev Sarayında təşkil ediləcək. Faiq Ağayev və Tünzalə Əliyevanın iştirakı ilə bayram şousunda uşaqları çoxlu sürprizlər gözləyir.
Saat 13:00-da başlayan bayram şənliyinə biletlərin qiyməti 5-10 manat arasındadır.
2012-ci yanvarın 3-4-də isə sarayın səhnəsində Moskva İri Kuklalar Teatrı \"Madaqaskar\" adlı şou proqramla çıxış edəcək. Rus dilində təqdim ediləcək bu tamaşaya biletlərinin qiyməti 5-25 manat arasındadır.
Kukla Teatrında da uşaqları sürpriz gözləyir. Dekabrın 30-dan yanvarın 5-nə kimi balacalar \"Balaca əjdahanın nağılı\" tamaşasına tamaşa edə bilərlər.
Bu tamaşaya biletlərin qiyməti 2 manatdır.
Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında isə artıq yeni illə bağlı şənliklərlə start verilib. Yanvar ayının 6-dək uşaqlar \"Qış nağılı\", \"Buratino\" tamaşalarına tamaşa edə bilərlər.
Hər iki tamaşaya biletin qiyməti 8 manatdır.
Azərbaycan Dövlət Rus Dram Teatrının Yeni il tamaşaları isə yanvarın 8-dək davam edəcək. Qeyd edək ki, teatrda \"Po huçğemu veleniö\" tamaşası ilk dəfə olaraq təqdim olunur. Bununla belə uşaqları teatrda Şaxta baba və Qar qızla əyləncəli görüş gözləyir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il şənlikləri isə yanvarın 1-5 dək davam edəcək. Teatrda şənlikdən başqa uşaqlar üçün \"Cupbulu əjdaha\" tamaşası nümayiş olunacaq. Saat 12:00, 14:00 və 16:00-da olacaq tamaşanın qiyməti 7 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB