Attraksionların qiyməti niyə ucuzlaşmır?-Araşdırma

Attraksionların qiyməti niyə ucuzlaşmır?-Araşdırma

Bayram günü uşaqlara attraksionda əylənməkdən gözəl nə hədiyyə ola bilər?

Dənizkənarı Bulvar İdarəsi bayram ərəfəsində, ayın 17- si saat 9.00 - dan 13.00 - dək bütün karusel və attraksionları təmənnasız uşaqların istifadəsinə verəcək.


Dənizkənarı Bulvar idarəsinin rəisi müavini Nazim Məcidov bildirib ki, imkanı olmayan azyaşlıların əylənməsi və istirahətini səmərəli keçirməsi üçün mütəmadi olaraq bu cür tədbirlər keçirilir.


Onu da deyək ki, son illər Bakı Bulvarının ərazisində müasir tələblərə cavab verən çoxlu sayda attraksionlar quraşdırılıb. Bu cür tədbirlər olmasa belə, attraksionlarda əylənmək üçün hər gün onlarla valideyn parka üz tutur. Son illər parkın ərazisindəki attraksionlar müasirləşdirilməsi paytaxt sakinlərinin ürəyindən olsa da, attraksionların qiyməti ilə bağlı narazılıqlar səngimir.




\"Motodrom\", "Avtodrom", "Karnaval" ...



Qeyd edək ki, hazırda parkda 10-na yaxın müasir tələblərə cavab verən attraksion fəaliyyət göstərir. Dənizkənarı Bulvar İdarəsindən bildirildi ki, parkdakı 10 yaxın texniki cəhətdən istifadəyə yararsız və səsli-küylü attraksionlar sökülüb və onlar müasir tələblərə cavab verən attraksionlarla əvəz edilib. Onların yerində Çin, İtaliya, Almaniya, Fransa və digər inkişaf etmiş Avropa ölkələrindən alınmış attraksionlar quraşdırılıb. Bu sırada \"Tarzan\", \"Motodrom\", "Avtodrom", "Karnaval" və s. var. Park ərazisində yeni attraksionların gətirilməsi nəzərdə tutulur.



Attraksionlara tam zəmanət verilir



Attraksionların qiymətinə gəlincə Bulvar İdarəsinin əməkdaşı bunun sahibkarlar tərəfindən müəyyən edildiyini dedi: "Parkın ərazisindəki attraksionlar sahibkarlar tərəfindən gətirilir. Qiyməti də onlar müəyyənləşdirir".


Yeri gəlmişkən deyək ki, hazırda parkda attraksionların qiyməti 2 - 5 manat arasında dəyişir. Məsələn dairəvi atlar 2 manat, "Karnaval", "Viking"in qiyməti 1-2 manat,

\"Tarzan\" da 3 dəqiqə əylənmək 5 manat, \"Motodrom\" 2 manatdır.


\"Attraksionların təhlükəsizliyi zəmanət verilirmi?\" sualının cavabında isə bildirildi ki, park fəaliyyət göstərən attraksionlara ciddi nəzarət olunur və onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilib: "Hər gün işə salınmazdan əvvəl attraksionların bütün detalları yoxlanılır. Onlara nəzarət edən işçilər isə xüsusi təlim keçərək sertifikat alıblar. Attraksionların fəaliyyəti ilə bağlı mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinə də hesabat verilir".

Bütün xəbərlər Facebook səhifəmizdə