Siyavuş Novruzov: “Hərbi xidmətin təhsillə əlaqələndirilməsinin heç bir əsası yoxdur\" - MÜNASİBƏT

Siyavuş Novruzov: “Hərbi xidmətin təhsillə əlaqələndirilməsinin heç bir əsası yoxdur\" - MÜNASİBƏT

"Hərbi xidmətin təhsillə əlaqələndirilməsinin heç bir əsası yoxdur". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında qanun layihəsinin" müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə əsasən, statistikaya görə oğlan uşaqlarının 2 faizi elmlə məşğul olur, 1800 nəfərin 205-i ancaq elm arxasınca gedir, qalanları isə digər dövlət orqanlarında iş tapmaq üçün magistraturanı bitirilər. "Magistratura hələ elmlə məşğul olmaq demək deyil", - deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, magistratura ikinci dərəcəli bir məsələdir, onu belə böyük dəyərləndirməyə ehtiyac yoxdur.

Millət vəkili həmçinin vurğulayıb ki, orduda savadsızlıq hökm sürür. "Əgər o savadlıdırsa, magistraturaya getməzdən öncə getsin orduda savadsız əsgərlərlə hərbi xidmət çəksin. Çünki orduda xidmət edənlər də Azərbaycan xalqının övladlardır".


Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə