Egemen Bağış: “Heç kim türkləri diz çökdürə bilməz!”

Egemen Bağış: “Heç kim türkləri diz çökdürə bilməz!”

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri – dövlət müşaviri Egemen Bağış Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına cavab verib. Sarkisyanı həddini aşmaqda ittiham edən Egemen Bağış heç kimin türklərə diz çökdürə bilməyəcəyini vurğulayıb.


"Türklər gələcək, diz çökəcək – deyə boyundan böyük danışıb. Sən millətini aclıqdan, kasıblıqdan dizində taqət qalmayacaq hala düşürdün. Ermənistanın əhalisi aclıqdan 4 milyondan 2 milyona qədər azalıb. Dünyanın dörd bir tərəfində çörək axtarırlar. Bizim ölkəmizə də gəliblər. Yaşlılarımızın və uşaqlarımızın yanında baxıcı işləyirlər. Bu da Türk millətinin necə geniş ürəyə sahib olduğunu göstərir".


Türkləri heç kimin diz çökdürə bilməyəcəyini ifadə edən Bağış Sarkisyana cavab vermək üçün çox gözəl atalar sözü olduğunu, amma buna ehtiyac olmadığını deyib. "Onsuzda sərf etdiyi o sözlərin özünə və ölkəsinə necə zərər verəcəyini fikirləşəndə onun dizləri əsməyə başlayıb. Biz bu millətə qarşı şüursuzluğu da diz çökdürməyə qadirik".

Bütün xəbərlər Facebook səhifəmizdə