QHT-yə Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin xatirəsini anma günü münasibətilə tədbir keçirib

QHT-yə Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin xatirəsini anma günü münasibətilə tədbir keçirib

Bu gün Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin xatirəsini anma günü münasibətilə tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan şuranın sədri Azay Quliyev Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Tədbir çərçivəsində həmçinin xalq şairi ZəlimxanYaqubun "Əbədiyyət dastanı" poemasının şuranın dəstəyi ilə hazırlanmış audiodiskinin təqdimatı olub. Daha sonra tədbirdə iştirak edən qonaqlar ulu öndər Heydər Əliyev haqqında xatirələrindən danışıblar.

Tədbir daha sonra millət vəkilləri, bir neçə ziyalıların çıxışı və Heydər Əliyev barədə xatirələri ilə yekunlaşıb.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə