Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 8-də saat 11/.50-dən 12.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərini, saat 18.15-dən 18.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.00-dan 18.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dən 20.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə