Əli Əhmədov: \"“Transparency International” təşkilatının hesabatı reallığı əks etdirmir” - AÇIQLAMA

"Transparency International" təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin və səylərinin ruhuna uyğun gəlmir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. O qeyd edib ki, biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq: "Siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir. Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi bu məsələdə də həqiqəti əks etdirməlidirlər".

O qeyd edib ki, Azərbaycan cəmiyyətində də əhalinin böyük bir əksəriyyətinin həmin məsələlərdə fərqli düşünür: "Mən qeyd etmək istəmirəm ki, Azərbaycanda korrupsiya yoxdur. Hökümət bunu etiraf edir və eyni zamanda korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır. Ölkəmizdə bununla bağlı siyasi iradə ortadadır".

Ə.Əhmədov vurğulayıb ki, bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək: "Amma hesab edirəm ki, hər bir dəyərləndirmə, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalıdır, subyektiv fikirlər üstünlük təşkil etməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə